Tramp Kaliforniya ştatında fövqəladə vəziyyət elan etdi: meşə yanğınlarına görə

29-07-2018, 08:12           
Tramp Kaliforniya ştatında fövqəladə vəziyyət elan etdi: meşə yanğınlarına görə
ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatında baş verən meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

"ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatında fövqəladə vəziyyət barədə bəyan edib və ştata federal yardımın verilməsi barədə sərəncam imzalayıb", - deyə Ağ Ev bildirib.

Qeyd olunur ki, ştatda yanğın nəticəsində 500 ev və 75 tikili yararsız hala düşüb. Hal-hazırda yanğının ərazisi 19,5 min ha təşkil edir, bununla belə onun yalnız 5 faizi lokallaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru