Qəzzafinin yoxa çıxan milyardları ilə bağlı şok iddia – Bin-Ladenin köməkçisi Türkiyəyə qaçırıb

31-07-2018, 16:07           
Qəzzafinin yoxa çıxan milyardları ilə bağlı şok iddia – Bin-Ladenin köməkçisi Türkiyəyə qaçırıb
Liviya Silahlı Qüvvələrinin mətbuat katibi polkovnik Əhməd Səmsari Liviyanın keçmiş rejimi, xüsusən də Müəmmar Qəddafinin sərvətinin talan edilməsinə və bu sərvətin ölkədən çıxarılaraq harada sərf edilməsinə toxunub.

İslaminSesi xəbər verir ki, Polkovnik, ingiliscə çap olunan “National” qəzetinə verdiyi müsahibədə bildirib: Əlimizdə olan məlumatlara əsasən Usamə Bin Ladenin yaxın silahdaşlarından olmuş Əbdul-Kərim Bilhac adlı şəxs 2011-ci il çevrilişi zamanı rejimə məxsus sərvətin böyük bir hissəsini ələ keçirib və Türkiyəyə qaçırdıb. Bilhac hazırda Türkiyədə rifah və var-dövlət içində yaşayır.



Əhməd Səmsari əlavə edərək bildirib: Əbdul-Kərim Bilhac Qəddafinin mənzilinə daxil olaraq oradan 50 kq xalis qızıl, 80 kq ləl-cəvahirat, 80 milyon yevro, 75 milyon dollar nəqd pulu ələ keçirərək İstanbula qaçıb.



Polkovnik bildirib ki, biz bu məlumatları Bilhacın Suriyada təsis etiyi “Əl-Mehdi əl-Harati” adlı sələfi terorist qruplaşması ilə telefon danışıqlarından əldə etmişik.



Spiker həmçinin Tripoli hökumətini, Liviya neft limanlarını mühasirəyə alan terrorist qruplara və digər qruplaşma komandirlərinə pul göndərməkdə ittiham edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.