Rusiyalı "qanuni oğru" ad günündə güllələndi - VİDEO

31-07-2018, 16:14           
Rusiyalı "qanuni oğru" ad günündə güllələndi - VİDEO
Rusiyada ən qəddar və mütəşəkkil cinayətkar qruplaşmalardan olan "Zapsibovskie" (Qərbi sibirlilər) bandasının liderlərindən biri Aleksandr Jestokov güllələnib.
Milli.Az TASS-a istinadən bildirir ki, olay Kemerovo vilayətindəki Novokuznetsk şəhərindəki "Cambul" barında yaşanıb.
Quldurluq və qətlə görə həbs olunmuş A.Jestokov ötən ay azadlığa çıxıb. O, ad gününü dostları ilə birlikdə "Cambul"da qeyd edərkən yerli vaxtla gecə saat 1 radələrində ona arxadan yaxınlaşan killer səsboğucu tapançadan bir neçə dəfə atəş açıb.
Qətldən sonra kimsə polisə zəng etməyib. Banditlər Metallurqlar prospektindəki barı tələsik tərk ediblər.
2017-ci ilin mayında A.Jestokov 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin o, 2013-cü ildən bəri istintaq təcridxanasında saxlandığından azadlığa buraxılmışdı.
2008-ci ildə Novokuznetsk şəhərində yaradılmış "Zapsibovskie" bandası Kuzbassın cənubunda fəaliyyət göstərirdi.
Azadlığa çıxan A.Jestokov həbsxanadan qurtulmasını "ikinci ad günü" adlandırırdı və həmin "ad günü"nü də "Cambul"da qeyd edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru