Bəşər Əsədin kimyəvi silah mütəxəssisi öldürüldü - VİDEO

5-08-2018, 19:44           
Bəşər Əsədin kimyəvi silah mütəxəssisi öldürüldü - VİDEO
Ötən gecə Suriyanın Masiyaf şəhərində tanınmış suriyalı alim Azez Asbar partlayış nəticəsində həlak olub. Suriya KİV-ləri xəbər verir ki, partlayıcı qurğu Asbar evindən çıxarkən işə düşüb. Alimin İsrailin xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində öldürüldüyü təxmin edilir.

Azez Asbar Suriyanın kimyəvi silahlar üzrə aparıcı mütəxəssislərindən biri olub. Masiyaf şəhərində kimyəvi silahların hazırlanması və təkmilləşdirilməsi ilə məşğul olan elmi-tədqiqat institutu fəaliyyət göstərir. Ötən ay İsrail aviasiyası Masiyaf şəhərində həmin institutun yerləşdiyi rayona aviazərbələr endirmişdi.

Tvreal.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru