İran etirazlarında atəş açıldı: ölən var

5-08-2018, 19:50           
İran etirazlarında atəş açıldı: ölən var
İranın Tehran, Kərəc, Eştehard, Qum və Şiraz şəhərlərində rejimə qarşı başlanan kütləvi etirazlar davam edir.

Axar.az xəbər verir ki, etirazların növbəti günündə İranın əsas iki molla mərkəzindən biri sayılan Qumda insanların küçələrə axışaraq, ruhanilərin hakimiyyətinə qarşı şüarlar səsləndirməsi diqqət çəkib.

“Diktatora ölüm”, “İranlı ölər, zillətə boyun əyməz” və “Ey iranlı, öz qeyrətini göstərməyinin vaxtıdır” kimi şüarlar səsləndirən etirazçılar polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qalıblar. Polislər gözyaşardıcı qazdan istifadə edib, onlarla aksiyaçını həbs ediblər.

Rza Otadi adlı gənc aksiyaçı isə rejim qüvvələrinin odlu silahdan atəş açması nəticəsində həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru