Almaniyada qaçqınların dövlət üçün işləməsi təklifi edildi
27-08-2018, 21:13

Almaniyada qaçqınlar sosial işlərə cəlb ediləcək. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın baş naziri Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar Partiyasının (CDU) icraçı direktoru Annegret Kramp təkliflə çıxış edib.
Son aylar Almaniyada “qaçqın böhranı” ölkə gündəmini məşğul edən əsas məsələlərdən biridir. Almaniya bir yandan qaçqınların qəbulu ilə bağlı limiti azaltmağa çalışır, digər yandan siyasi partiya funksionerləri bu yöndə bəzən olduqca radikal çıxış və təkliflər irəli sürürlər.
Xanım Krampa görə, sosial işlərə cəlb olunacaq qaçqınların alman cəmiyyətinə inteqrasiyası sürətlənəcək. Dövlət üçün iş müddəti isə, bir il olaraq müəyyən edilib. Hazırda qanun layihəsinin hazırlanması üçün iş aparılır.
Dövlətə məxsus idarələrdə işə cəlb olunacaq qaçqınlar üçün bu könüllü və ya məcburi ola bilər. Dövlətə xidmətin sadəcə Almaniya vətəndaşlarını deyil, bu ölkədə yaşayan əcnəbiləri də düşündürməli bir məsələ olduğunu vurğulayan xanım Kramp bunun Nasizm dönəmindəki Almaniya ilə müqayisə olunmasını kökündən yanlış olduğunu vurğulayıb.