Almaniyada faşizm əleyhinə 65 min nəfərin iştirakı ilə aksiya keçirilib – Foto / VİDEO

4-09-2018, 07:51           
Almaniyada faşizm əleyhinə 65 min nəfərin iştirakı ilə aksiya keçirilib – Foto / VİDEO
Almaniyanın Xemnits şəhərində faşizm əleyhinə akiya keçirilib. AzEuroNews.com xəbər verir ki, şəhər meydanında keçirilən aksiyada iştirak gözlənildiyindən də çox olub. Şəhər polisinin məlumatına görə, axşam saatlarında başlayan faşizm əleyhinə aksiyada 65 000 nəfər yaxın insan iştirak edib.


Şəhər meydanında qurulan səhnəyə Almaniyanın məşhur musiqiçiləri çıxıblar.

Saat 17:00-da başlayan konsert proqramına qatılmaq üçün digər əyalətlərdən də gələnlər olub. “#wirsindmehr” haştaqı ilə sosial şəbəkələrdə paylaşım edənlər Xemnitsdə dinc aksiyaları iğtişaşa çevirmək istəyən “neo-nazist”ləri lənətləyiblər.

Konsert proqramında səhnəyə çıxan musiqiçilər demokratik Almaniyada faşizmin budan sonra heç bir zaman baş qaldırmayacağını, sağlam alman cəmiyyətinin buna icazə verməyəcəyini dilə gətiriblər.


Məlumat üçün qeyd edək ki, Almaniyanın Saksoniya əyalətində yerləşən Xemnits şəhərində 35 yaşlı alman vətəndaşı Danielin bir iraqlı və bir suiyalı tərəfindən qətlə yetirilməsindən sonra kütləvi aksiyalar keçirilib.


Təəsüfflər olsun ki, Almaniyadakı “Neo-nazism” cəryanın üzvləri həmin dinc aksiyaları iğtişaşlara çeviriblər. Polis və aksiya iştirakçılarında yaralananlar olub, vətəndaşların mülklərinə külli miqdarda ziyan dəyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru