Xüsusi prokuror Trampı dindirmək istəyir

5-09-2018, 10:03           
Xüsusi prokuror Trampı dindirmək istəyir
ABŞ-da 2016-cı ilin prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi məsələsini araşdıran xüsusi prokuror Robert Müller prezident Donald Trampdan ifadə almaq üçün müraciət edib.

Modern.az “New York Times” nəşrinə istinadən xəbər verir ki, Trampın vəkillləri Müllerin prezidentdən məktub şəklində yazılı ifadə almaq istədiyini bildiriblər.

Onların sözlərinə görə xüsusi prokuror bu barədə məktubla onlara müraciət edib.

Məktubda Müller Trampdan istintaqın gedişinə maneələr törətmək barədə ifadə verməsini isə istəməyib.

Xatırladaq ki, xüsusi prokuror Robert Müller apardığı istintaqla əlaqədar son rəy barədə hesabat hazırlayır.

Qeyd edək ki, bundan əvvəl Trampın vəkillərinin prokurorun hesabatına qarşı əks hesabat hazırladıqları bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru