Yaponiyada zəlzələ zamanı 110 nəfər xəsarət alıb: itkin düşənlər var

6-09-2018, 07:40           
Yaponiyada zəlzələ zamanı 110 nəfər xəsarət alıb: itkin düşənlər var
Yaponiya polisinin və yanğından mühafizə xidmətinin məlumatına görə, Hokkaydo adasında baş verən 6,7 ballıq zəlzələ zamanı 110 nəfər xəsarət alıb, 19 nəfər insan itkin düşmüş sayılır.

Trend-in məlumatına görə, Atsuma qəsəbəsində torpaq sürüşməsi baş verib. 19 nəfərin yerini müəyyənləşdirmək mümkün olmayıb. Tomakomay şəhərində xəsarət alan bir nəfər kritik vəziyyətdədir.

Adada elektrik təchizatı böyük miqyasda dayandırılıb. Bu səbəbdən 3 milyondan çox insan işıqsız qalıb.

Xatırladaq ki, çərşənbə günü Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri İbura rayonunda yerləşib. Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru