Tramp Pentaqon rəhbərinin istefası xəbərini təkzib edib

6-09-2018, 07:52           
Tramp Pentaqon rəhbərinin istefası xəbərini təkzib edib
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettisin vəzifəsini tərk edəcəyi barədə xəbəri təkzib edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ rəhbəri Ağ Evdə jurnalistlərə bildirib.

"Bəli, o, burda (öz vəzifəsində - red) qalır. Biz onunla çox xoşbəxtik. Bizim çoxlu qələbəmiz var", - deyə Ağ Ev rəhbəri jurnalistin Pentaqon rəhbərinin öz vəzifəsini tərk edib-etməyəcəyi barədə suala cavabında deyib.

Daha əvvəl "The Washington Post" qəzeti Mettisin yaxın aylarda istefaya gedəcəyini xəbər verib. Qəzet hətta Ağ Evdə onun vəzifəsinə namizədin müzakirə edildiyini də bildirib.

"Düşünürəm ki, o, əla insandır. O, nazir kimi işini fantastik görür", - deyə Tramp əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru