NATO bazalarının Ukraynada nə vaxt yerləşdiriləcəyi açıqlandı

6-09-2018, 07:54           
NATO bazalarının Ukraynada nə vaxt yerləşdiriləcəyi açıqlandı
Ukrayna ərazisində NATO hərbi bazaları 5-7 ildən sonra yerləşdirilə bilər.

Oxu.Az xəbər verir ki, bunu “112 Ukraina” telekanalının efirində Ali Radanın milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin katibi İvan Vinnik bəyan edib.

O qeyd edib ki, hələlik bu məsələ rəsmən müzakirə olunmayıb.

Sentyabrın 3-də Ukrayna prezidenti Pyotr Poroşenko parlamentə konstitusiyaya dəyişikliklərin edilməsi haqqında qanun layihəsini təqdim edib. Layihədə Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyası kursunun dönməz xarakter daşıdığı əks olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru