Yaponiyada güclü zəlzələ: ölənlər və itkin düşənlər var (YENİLƏNDİ)

6-09-2018, 09:28           
Yaponiyada güclü zəlzələ: ölənlər və itkin düşənlər var (YENİLƏNDİ)
Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ zamanı ölənlərin sayı 2 nəfərə çatıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, təbii hadisə zamanı xəsarət alanların sayı 125 nəfərə çatıb. Bundan əlavə, zəlzələ zamanı 39 nəfər itkin düşüb.

Çərşənbə günü Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri İbura rayonunda yerləşib. Zəlzələ ocağı 37 kilometr dərinlikdə olub.

***

Yaponiyada güclü zəlzələ baş verib.

Publika.az xəbər verir ki, yeraltı təkanların gücü Rixter cədvəli ilə 6,7 bal təşkil edib.

Zəlzələnin episentri Hokkaydo adasında Sapporo şəhərindən 66,9 kilometr aralıqda 39 kilometr dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntı haqqında məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru