Tramp xanımı da anonim müəllifə səsləndi

7-09-2018, 08:09           
Tramp xanımı da anonim müəllifə səsləndi
Ağ Evin adı açıqlanmayan səlahiyyətli şəxsinin qələmə aldığı məqalədə Trampın komandasında böyük narazılıq yaradıb.

Teleqraf.com xəbər verir ki, qalmaqallı yazıya ABŞ-ın birinci xanımı Melanya Tramp da münasibət bildirib. O bəyan edib ki, “Nyu York Times” qəzetinin Ağ evdən olan müəllifi öz hərəkətləri ilə ölkəni sabotaj edir: “Bu adam öz qorxaq hərəkətləri ilə ABŞ-ı sabotaj edir. ABŞ üçün söz azadlığı vacib olsa da, ölkə mediası dürüst və məsuliyyətli olmalıdır”.

Qeyd edək ki, məqalədə müəllif Prezident Trampı əxlaqsız və demokratiyaya qarşı olan şəxs kimi təqdim edib, onu savadsız adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.