“ABŞ dərhal Suriyanı tərk etsin” - Tarixi zirvə başladı

7-09-2018, 16:34           
“ABŞ dərhal Suriyanı tərk etsin” - Tarixi zirvə başladı

İranın paytaxtı Tehranda Suriya məsələsini müzakirə etmək üçün bir araya gələn Ərdoğan, Ruhani və Putin ortaq mətbuat konfransı keçirir. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ilk olaraq İran dövlət başçısı Həsən Ruhani çıxış edib:

“Suriyadakı savaşın alovlarını söndürmək, bütövlüyünü qorumaq, gələcəyini özü təyin etmə haqqına hörmət etmək üçün ortaq qəlib müəyyənləşdirmək çox önəmli idi. Biz Suriya böhranını həll etmək üçün hərbi seçimin işə yaramadığını vurğulamışdıq”.

“Terrorla mübarizə davam edəcək, biz sülh üçün savaşırıq” deyən Ruhani ABŞ-dan dərhal Suriyanı tərk etməsini istəyib. Vaşinqton hökumətini “işğalçı” adlandıran İran lideri “İlk və son rol Suriya millətinindir. İdlibdəki çatışmalar mülki şəxslərə zərər verməməlidir”. Ərdoğan çıxışında zirvədə alınacaq qərarların bütün dünya tərəfindən maraqla gözlənildiyini deyib: “Bölgə xalqının taleyinin Əsəd rejiminin insafına buraxılmasına izn verə bilmərik. İdlibə ediləcək hücum qətliam, fəlakətlə nəticələnəcək.

Türkiyə miqrant qəbul etmək limitini doldurub. Milyonla insan Türkiyə sərhədində dayanacaq. İdlibin qan gölünə dönməsini əsla istəmirik. Fıratın şərqində arzu etmədiyimiz hadisələr yaşanır. ABŞ 20-minə yaxın TIR-ı bölgəyə göndərib. Suriya rejimi də terrorçulara göz yumur”.

Rusiya prezidenti isə bildirib ki, Suriyada qalan terrorçular hazırda İdlibə yerləşiblər: “Daha öncəki zirvələrdə alınan qərarlar uğurlu şəkildə həyata keçirilir. Beynəlxalq terrorizm demək olar ki, yox edilib”.

Putin İdlibdə terrorçuların kimyəvi silah da daxil olmaqla müxtəlif təxribatlar hazırladığını qeyd edib. BMT-nin tərkibində ötən yanvar ayında Soçidə alınan qərar çərçivəsində Konstitusiya Komitəsinin yaradılacağını xatırladan Putin “normallaşmanın təmin edilməsi üçün sosial, iqtisadi və insani durum yaxşılaşdırılmalıdır” deyib.

Qeyd edək ki, Rəcəb Tayyip Ərdoğan zirvə görüşü öncəsi Vladimir Putin və Həsən Ruhani ilə təkbətək görüşüb.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.