ABŞ Çin mallarına qarşı daha 200 milyard dollarlıq rüsum tətbiq edə bilər

8-09-2018, 08:16           
ABŞ Çin mallarına qarşı daha 200 milyard dollarlıq rüsum tətbiq edə bilər
ABŞ prezidenti Çin mallarına qarşı öz "xaç yürüşü"nü davam etdirir. Bu dəfə o, "Gündoğar ölkə"dən idxal olunan mallara əlavə olaraq daha 200 milyard dollarlıq rüsum tətbiq edəcəyi ilə hədələyir.

"Report"un CBS telekanalına istinadən verdiyi xəbərə görə, Donald Tramp bildirib ki, tarifləri qaldırıb-qaldırmayacağı ilə bağlı yekun qərar vermək üçün Çin hökumətinin reaksiyasını gözləyir.

Hazırda gətirilmə mallara və texnologiyalara ümumilikdə 50 mlrd. dollarlıq, ardınca isə daha 16 mlrd. dollarlıq əlavə rüsum tətbiq olunub. Çin buna qarşılıqlı şəkildə cavab verir. Çin iqtisadiyyatının bundan dəqiq nə qədər itirdiyi məlum deyil, lakin amerikalılar rüsumların tətbiqindən sonra təcili qaydada öz fermerlərinə 12 mlrd. dollar şəklində yardım rəsmiləşdirməli olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru