ABŞ Suriya siyasətini dəyişmək qərarına gəlib

8-09-2018, 08:48           
ABŞ Suriya siyasətini dəyişmək qərarına gəlib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamentindəki (DD) mənbələrin məlumatına görə, Prezident Donald Tramp Suriya siyasətini dəyişmək qərarına gəlib.

«Vaşinqton Post» qəzetinin məlumatına görə, burada söhbət ABŞ hərbçilərinin bu ölkədə iştirakının davam etdirilməsindən, Vaşinqtonun bölgədə maraqlarının təmin olunması üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) diplomatik təzyiqlərin göstərilməsindən, İrana və Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasından və Suriyanın bərpasından imtina edilməsindən gedir.

Bu arada, hələ yazda Tramp bəyan etmişdi ki, ABŞ hərbi kontingentini Suriyadan çıxartmaq istərdi. İndi isə o, diqqəti İran və müttəfiqlərinin ordusunun Suriyadan çıxarılmasına, həm də ölkədə «stabil hökumət»in yaradılmasına yönəldib.

Qəzet qeyd edir ki, siyasətin dəyişməsi böyük nisbətdə, İranın Suriyada iştirakının azaldılması məsələsinə Rusiyanın dəstək verəcəyinə şübhə ilə yanaşılmasından şərtlənir.

Məlumata görə, hazırda Suriyada 2,2 min amerikalı hərbçi var.
azpolitika












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.