Ukrayna Rusiyaya nota göndərib- Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin ləğvi ilə bağlı

22-09-2018, 07:08           
Ukrayna Rusiyaya nota göndərib- Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin ləğvi ilə bağlı
Ukrayna Xarici İşlər Nazirliyi dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin ləğvi ilə bağlı Rusiyaya nota göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin bu gün keçirdiyi mətbuat konfransında deyib. “Bu gün notanı Rusiya dövlətinə təqdim etmişik”, – deyə XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, 1997-ci ildə imzalanan dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilədə Ukrayna və Rusiya arasında qarşılıqlı hörmət, suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli, iqtisadi və digər növ təzyiq vasitələrindən istifadə də daxil olmaqla, güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru