Kadırov İŞİD üzvlərini həbs etdi

2-10-2015, 15:04           
Kadırov İŞİD üzvlərini həbs etdi
Çeçenistan prezidenti Ramzan Kadırov xüsusi xidmət orqanlarının İŞİD-in terror qruplarından birini təhlükəsizləşdirdiyini elan edib.

Axar.az “Russkaya Slujba”ya istinadən xəbər verir ki, xüsusi xidmət orqanları 2 professional, 1 həvəskar olmaqla 3 İŞİD üzvünü həbs edib.

Hələlik həbs olunan terrorçuların kimliyi haqda dəqiq məlumat verilmir.

Çeçenistanın prezidenti bu haqda danışarkən İŞİD-çilərin sanballı ailələrin uşaqlarının təşkilata qoşulmasına xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Onun sözlərinə görə, məhz bu terrorçuların sözünün kəsəri olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.