Kallas: "Aİ xarici işlər nazirləri Yaxın Şərqdə uzun sürən müharibənin qarşısını almağa çağırır"

24-06-2025, 15:14           
Kallas: "Aİ xarici işlər nazirləri Yaxın Şərqdə uzun sürən müharibənin qarşısını almağa çağırır"
Avropa İttifaqının xarici işlər nazirləri Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısının alınmasının zəruriliyindən danışıb. Onlar bütün tərəfləri geri çəkilməyə və danışıqlar masasına qayıtmağa çağırıblar.
"Report"un məlumatına görə, bunu Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

"Yaxın Şərqdə yeni müharibə təhlükəli dinamikadır. Son hərbi əməliyyatlar gərginliyi artırır. Aİ-nin bütün xarici işlər nazirləri gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini bəyan edib və tərəfləri danışıqlar masasına qayıtmağa çağırıb. Uzun sürən müharibə heç kimə sərfəli deyil və təhlükəlidir", - Kallas deyib.

Onun sözlərinə görə, İran on illərdirdir ki, təhdid mənbəyidir: "Aİ dəfələrlə bəyan edib ki, Tehranın nüvə silahı hazırlamasına və ya əldə etməsinə icazə verilməməlidir. Çünki bu, beynəlxalq təhlükəsizliyi təhdid edəcək. Lakin hərbi əməliyyatlar həmişə risklər və qeyri-müəyyənliklər ehtiva edir. İndi vacib olan eskalasiyanın sonrakı riskini minimuma endirməkdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru