Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? VİDEO

24-06-2025, 15:37           
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır?  VİDEO
Avtomobilləri dayanacaq ərazisində park etmədikləri halda 40 manat cərimə olunurlar.

Belə bir iddia ilə paytaxtın Sabunçu rayon sakinləri "Xəzər Xəbər"ə müraciət ediblər.

Onlar bildiriblər ki, Yavər Əliyev, 25/95 ünvanında "ictimai nəqliyyatın dayanacaq yeri" yol nişanı var. Qanunvericiliyə görə, digər nəqliyyat vasitələri bu nişandan ən azı 15 metr məsafədə dayana və ya dura bilərlər. Lakin onlar avtomobilləri 15 metrdən də xeyli çox məsafədə park etmələrinə baxmayaraq, cərimə yazılır.

Onların sözlərinə görə, ərazidə maşınların avtobus dayanacağından kənarda saxlanması üçün xüsusi nişanlama xətti də çəkiblər.

Sürücülər onu da bildiriblər ki, cərimə edilən yerlə protokolda qeyd olunan fərqlidir. Onlar bununla bağlı aidiyyəti quruma müraciət etsələr də, problem aradan qaldırılmır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru