16 illik əri məşhur müğənni ilə eşq yaşayır: - Qadın Xoşqədəm Hidayətqızından kömək istəyir

24-06-2025, 15:19           
16 illik əri məşhur müğənni ilə eşq yaşayır: -
“Səni axtarıram” verilişində hər kəsi təəccübləndirən hadisə baş verib.

Manset.az xəbər verir ki, efirə qatılan Gülnar adlı qadın müğənni xanımın onu həyat yoldaşından ayırmaq istədiyini iddia edib.

Gülnarın sözlərinə görə, o, 16 illik ailəsini qorumaq və 3 övladını atasız böyütməmək üçün boşanmaq istəmir.

Canlı yayım zamanı qadın bildirib ki, əri bir neçə ildir Mətanət adlı müğənni ilə münasibətdədir və həmin müğənni Gülnara sosial şəbəkədə mesaj yazaraq onu boşanmağa təhrik edir.

Gülnar isə bütün bunlara baxmayaraq, ailəsini qoruyacağını və ərindən ayrılmaq fikrində olmadığını söyləyib.

Veriliş zamanı müğənninin adının Mətanət olduğu deyilsə də, soyadı açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru