Arxeoloqlar insanın iqlim dəyişikliyinə uyğunlaşmasının sirrini açıblar
Dünən, 15:28

Kanada, Böyük Britaniya, ABŞ və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu iqlim dəyişikliyinin insan icmalarına təsirini öyrənmək üçün yeni yanaşma təklif edib.
Bu barədə araşdırma "Nature Communications" (NatComms) elmi jurnalında dərc olunub.
Mütəxəssislər sübut ediblər ki, arxeoloji məlumatlar sosial uyğunlaşma mexanizmlərini başa düşmək üçün açar ola bilər.
Komanda müxtəlif tarixi dövrlərdə ətraf mühitdəki dəyişiklikləri və onların sosial strukturlara təsirini təhlil etmək üçün alqoritm yaradıb.
Tədqiqatçılar bəşər tarixində dönüş nöqtələrinə xüsusi diqqət yetiriblər. Məsələn, ovçuluq və yığıcılıqdan kənd təsərrüfatına keçidlə bağlı məlumatların təhlili göstərib ki, bu proses son buz dövründən sonra iqlim dəyişikliyi ilə bilavasitə bağlı olub.
"Mədəni müxtəliflik həmişə insanın sağ qalması üçün əsas vasitə olub", - deyə Kanadanın Monreal Universitetindən antropoloq Ariana Berk bildirib.
Yeni yanaşma artıq bir sıra mühüm kəşflər etməyə imkan verib. Alimlər müəyyən ediblər ki, iqlim dəyişikliyi təkcə qədim cəmiyyətlərin iqtisadiyyatına deyil, həm də onların sosial quruluşuna, ailə strukturlarına, hətta dini inanclarına da təsir edib.