Cənub bölgəsində YENİLƏNMƏ - 3 rayonun rəhbəri dəyişdirilir

8-11-2018, 11:09           
Cənub bölgəsində YENİLƏNMƏ - 3 rayonun rəhbəri dəyişdirilir
Yaxın günlərdə Cənub bölgəsində 3 rayon rəhbərinin dəyişdirilməsi gerçəkləşə bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub.

Xəbəri verən mənbə bildirir ki, həm Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, həm Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və həm də Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yol üstündədirlər.

Mənbənin dia.az-a söylədikləri: "Artıq hər üç başçı ilə bağlı sərəncamlar hazırdır. Rəsmiləşməsi an məsələsidir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru