Qanunsuzluq: Gəncənin icra başçısı seçkilərə tam nəzarət edir - Seçkiyə qatılmağın mənası nədir...

13-10-2015, 20:22           
Qanunsuzluq: Gəncənin icra başçısı seçkilərə tam nəzarət edir - Seçkiyə qatılmağın mənası nədir...
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağlı DİA.AZ-a ilginc məlumat daxilolub. Redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, ölkənin ikinci ən böyük şəhərinin icra başçısı adından Gəncədəki dairə seçki komissiyalarının rəhbərlərinə yeni təlimat daxil olub.

Mənbənin dia.az-a söylədikləri: "Əslində bu xəbər nonsens deyil. Amma maraqlı olanı odur ki, Elmar Vəliyev hər bir DSK sədrinə təlimat verib ki, seçki günü tələb olunan vəsaitlə bağlı ŞİH-ə smeta çıxarıb versinlər. Yəni bu o deməkdir ki, Gəncədə DSK-ları yerli icra hakimiyyəti rəsmən maliyyələşdirir".

Mənbə onu da əlavə edib ki, bundan sonra Elmar Vəliyevin iradəsindən kənar birisinin hansısa formada iddiası üzərə mübarizə aparması ağlabatan görünmür: "Yəni nəticələr indidən bəllidirsə, seçkiyə qatılmağın mənası nədir"...

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru