Daha bir telekanal krizisdədir - ATV-də 2 həftədir maaçlar gecikir

14-10-2015, 20:33           
Daha bir telekanal krizisdədir - ATV-də 2 həftədir maaçlar gecikir
Az əvvəlməlumat verərək bildirdik ki, Milli Televiziya və Radio Şurasının ard-arda ANS telekanlı ilə bağlı qərarları, kəsdiyi böyük məbləğdə cərimələr şirkətdə vəziyyəti gərginləşdirib. Daxil olan məlumatda bildirilir ki, baş verənlər telekanalda kütləvi ixtisarlara səbəb olub. İş o həddə çatıb ki, hətta xadimələrdən bir qrupunu yola salıblar.

Jurnalistlər məsələ ilə bağlı ANS şirkətlər qrupunun mətbuat müşaviri Mayıs Məmmədovla əlaqə saxlayıb. O, məsələyə münasibət bildirməkdən boyun qaçıraraq “Siz özünüz hər şeyi məndən yaxşı bilirsiniz. Mən bu haqda heç nə deməyəcəm. Ən yaxşısı Mir Şahinə zəng vurun” deyərək dəstəyi asıb.

ANS şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev isə dəfələrlə zəng vurmağımıza baxmayaraq telefonu açmayıb.

Qeyd edək ki, MTRŞ ilk olaraq ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarının bağlanması haqda qərar çıxardı, daha sonra telekanalı bir neçə verilişə görə 54 min manat məbləğində cərimələdi. Şuranın növbəti qərarı kanalın efirində gedən bir neçə filmin reklamla kəsilməsinə görə 25 min manat oldu. Həmçinin MTRŞ serial çəkilişi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən düzgün istifadə edilməməsinə görə ANS-in 160 min manat cərimə olunması ilə bağlı məhkəməyə müraciət etdi. Şura ANS-dən 160 min manat vəsaitin dövlət büdcəsinə geri qaytarmağı tələb edir.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, eyni şəkildə ATV kanalı da maliyyə böhranı keçirir.

Redaksiyamızı bilgiləndirən ATV əməkdaşlarından birinin sözlərinə görə, bu ayın əməkhaqqılarını artıq 2 həftədir ki, ala bilmirlər və bu da nəticədə onların maddi durumlarına birbaşa təsir göstərib.

ATV işçilərindən birinin dia.az-a danışdıqları: "Hətta iş o həddə çatıb ki, günortalar yeməyi də yaxınlıqdakı kafelərdə nisyə yeyirik. Vəziyyzt dramatikdir. Rəhbərlik isə maaş tələb edənləri ixtisarla hədələdiyindən kimsə səsini çıxara bilmir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin.

Qarşı tərəfin də münasibətini işıqlandıra bilərik...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.