Eldar Mahmudovun həbs xəbərinə — Reaksiya

18-10-2015, 10:52           

Dünən Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilən general-polkovnik Eldar Mahmudovun bu gecə həbs olunması ilə bağlı xəbər yayılıb.

Məlumatı haqqın.az saytı yayıb. Xəbərdə qeyd olunur ki, MTN şefi vəzifə səlahiyyətlərini aşaraq ali rəhbərliyə daxil olan şəxslərin telefon danışıqlarının dinlənilməsini həyata keçirib. Və bu aşkarlandığına görə də həbs olunub.

İnformasiyada həmçinin bildirilir ki, Eldar Mahmudovla bərabər MTN-in digər bir qrup generalı da tutulub.

“Qafqazinfo” son dərəcə ciddi sensasiyalı sayıla biləcək bu xəbəri dəqiqləşdirmək üçün rəsmi qurumlarla əlaqə saxlayıb. Bu qurumlardan redaksiyaya bildirilib ki, vəzifəsindən azad olunan nazir Eldar Mahmudovun və digər generalların həbs edilməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur.

Bunu sadəcə olaraq kadr dəyişikliyi kimi qiymətləndirmək lazımdır.

Qeyd edək ki, Eldar Mahmudovun yerinə hələ ki, təyinat olmayıb və bununla bağlı prezident sərəncamı dərc olunmayıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru