“Eldar Mahmudov xüsusi nəzarətə götürülüb” – Açıqlama

19-10-2015, 15:38           

Bu sözləri AzNews.az-a Azad Demokratlar Partiyasının sədri sədri, vaxtilə MTN-də müavin vəzifəsində çalışmış Sülhəddin Əkbər Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun həbs xəbərinə münasibətində deyib.



O, bildirib ki, E.Mahmudovun vəzifəsindən azad olunacağı haqda məlumatlar hələ 3 ay bundan əvvəl yayılmışdı: “Sadəcə olaraq, onun seçkiyə 13 gün qalmış işdən azad olunması bir qədər gözlənilməz hesab oluna bilər. Bunun da əsas səbəbi Qazaxıstanda MDB dövlət başçıları samitində Rusiya tərəfindən dövlət başçısına onu qəzəbləndirən informasiyaların ötürülməsi olub”.

S.Əkbər qeyd edib ki, hazırda Eldar Mahmudov nəzarət altındadır: “İnformasiyalara görə, MTN-ın bir neçə yüksək rütbəli zabitinin həbs olunması xəbərləri təsdiq olunmaq üzrədir. Hələlik rəsmi açıqlama verilməyib. Əgər bu həbs olunanlar doğrudursa, Eldar Mahmudovun nəzarət altında olması şübhə doğurmur. İndiki halda o, nəzarət altındadır. Həbs məhkəmənin qəbul edəcəyi qərardır. Həbsdən əvvəl bir necə qəti imkan tədbirləri var. Bunlardan biri də ev dustağıdır. Amma onun haqqında heç bir rəsmi qərar yoxdur”.

Sədr hesab edir ki, dövlət başçısı qısa zamanda MTN-da müvafiq kadr dəyişikliyi etməlidir: “MTN-in ciddi kadr dəyişikliyinə, təmizlənməsinə ehtiyacı olacaq. Yubatmadan yeni nazir təyin olunmalıdır. Çünki, Eldar Mahmudovun işdən gedəcəyi xəbər 3 ay bundan əvvəl yazılıb. Ona görə də yəqin ki, dövlət başçısının seçdiyi kadr var”.

S.Əkbər yeni nazirin təyin oluna kimi ölkədə xüsusi təxribat olacağına inanmır: “Xüsusi təxribatın olacağını düşünmürəm. 10 il bundan əvvəl də Azərbaycanda iki nazirin həbs olunması Rusiya kəşfiyyatın verdiyi məlumatlar əsasında həyata keçib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.