SDU-dan sonra, daha bir büdcə təşkilatı son model “Land Cruiser” aldı - 140 min manat xərclənib

15-01-2019, 19:00           
SDU-dan sonra, daha bir büdcə təşkilatı son model “Land Cruiser” aldı - 140 min manat xərclənib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Təhlükəli Tullantılar” MMC 1 ədəd “Toyota Land Cruiser 200” Premium sinifinə aid edilən avtomobilin alınmasına dair “Toyota-Bakı Mərkəzi” ilə tender müqaviləsi imzalayıb.

“Finans.az”ın əldə etdiyi məlumata görə, bu satınalma müqabilində “Toyota-Bakı Mərkəzi”nə 139 750 manat ödəniləcək.

Xatırladaq ki, ötən ilin noyabr ayında Sumqayıt Dövlət Universiteti büdcə vəsaitləri hesabına “Toyota Abşeron Mərkəzi”ndən dəyəri 116 000 manat olan “Land Cruiser” avtomobili alıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru