Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ali vəzifəli kimlərdi? - VİDEO

20-10-2015, 11:21           
Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ali vəzifəli kimlərdi? - VİDEO
Azərbaycan prezidenti İlham Əliyevin milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudovu qəfil işdən azad etməsi cəmiyyətdə bu mövzu ilə bağlı çoxsaylı suallar yaradıb. Eldar Mahmudov niyə “vuruldu”, MTN zabitlərinin həbsinə gerçək səbəblər nədir?..

Hələ ki nazirin işdən çıxarılma səbəbi ilə bağlı rəsmi açıqlama olmadığından, suallar da cavabsız qalır... Media və ekspertlər isə bu mövzunu eninə-boyuna müzakir edir, ən müxtəlif ehtimallar, iddialar, mülahizələr ortaya qoyur...

Qeyri-rəsmi xəbərlərə görə, ötən bazar günü Prezident Adminstrasiyasında Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə fövqəladə toplantı keçirilib. Prezidentin sədrliyilə keçirilən toplantıda milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunduğu qeyd edilir.

Modern.az saytının məlumatına görə, Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Bəs Təhlükəsizlik Şurasına kimlər daxildi?

Modern.az saytı Prezidentin sədrlik etdiyi Təhlükəsizlik Şuranın tərkibinə daxil olan vəzifəli şəxslərin siyahısını təqdim edir:

Milli Məclisin sədri
Baş nazir
Prezidentin Administrasiyasının rəhbəri
Xarici siyasət məsələləri üzrə dövlət müşaviri
Hərbi işlər üzrə dövlət müşaviri
Baş prokuror
Xarici işlər naziri
Müdafiə naziri
Milli təhlükəsizlik naziri
Daxili işlər naziri

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir. Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.