Eldar Mahmudovun şərab evindən - Reportaj

20-10-2015, 14:37           

Bir neçə gün əvvəl prezidentin qərarı ilə işdən çıxarılan Milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı maraqlı faktklar medianın gündəminə çıxır.

“Qafqazinfo” xəbər verir ki, eks-nazirin fəaliyyəti sadəcə MTN-lə kifayətlənmir. Azərbaycandakı “Wine City” mağazalar şəbəkəsinin də ona məxsus olduğu deyilir. Məsələ ilə əlaqədar olaraq əməkdaşlarımız şirkətin Lermontov küçəsi, 38c və İnşaatçılar pr. 3B ünvanlarında yerləşən hər iki mağazasında olub.

Mağaza əməkdaşları da eks-nazir ətrafında gedən prosesləri izlədiklərini bildiriblər: “Biz də internetdən oxuyuruq. Hər dəqiqə bir xəbər çıxır. Bu çətin zamanda bizim aqibətimizin də nə olacağı sual altındadır. Özünüz də görürsüz, oturmuşuq gözləyirik. Nə gələn var, nə gedən”.

winecity.az saytında “Wine City” mağazalar şəbəkəsinin “Caspian Crystal” şirkətinin bir layihəsi olduğu göstərilib. “Caspian Crystal” şirkəti isə Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur və 2006-ci ildən fəaliyyət göstərir. Şirkət fəaliyyətinə restoran biznesi ilə başlayıb və “Crystal Lounge” “Salvador Dali”, “Lord” və “VIP” kimi dəbdəbəli restoranlar şəbəkəsinə sahibdir.

Daha sonra isə 18 min şüşədən çox şərab satıldığı “Wine City” mağazalar şəbəkəsi fəaliyyətə başlayıb. Bundan başqa, qida məhsullarının idxalı, “Range Rover”, “Jaguar”, “Maserati” avtomobillərinin və “Dicati” motesikletlərinin Azərbaycandakı rəsmi distribütoru olan “Crystal Motors” şirkəti də “Caspian Crystal” holdinqə bağlıdır.

Onu da qeyd edək ki, Azərbaycanda qızıl və brilliant idxalına da məhz Eldar Mahmudov nəzarət edib. Ölkəyə qızıl və brilliantın gətirilməsi sadəcə onda olduğu üçün bu yolla eks-nazirin şəxsi büdcəsinə hər ay 5-10 milyona çatacaq vəsait daxil olub.

Eldar Mahmudovun şərab evindən - Reportaj












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.