Nazir sahibkarlara müraciət etdi - yoxlama olsa bizə müraciət edin

21-10-2015, 11:56           
Nazir sahibkarlara müraciət etdi - yoxlama olsa bizə müraciət edin
“Bu həqiqətən tarixi və inqilabi istalatlardır, qanunsuz yoxlamalar aparılmamalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri iqtisadi inkişaf naziri Şahin Mustafayev prezidentin yoxlamaların dayandırılması barədə qəbul etdiyi qərarı modern.az saytına şərh edərkən bildirib. Nazir deyib ki, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatının prioritetidir. “Sahibkarlğın inkişafı isə qeyri-neft sektorunun aparıcı qüvvəsidir. Bu baxımdan cənab prezident tərəfindən sahibkarlığın inkişafı və biznes mühitini daha da yaxşılaşdırmaq istiqamətində növbəti addımlar atılıb. Azərbaycan prezidenti sahibkarlığın inkişafına böyük diqqətlə yanaşıb. Onun sözləriylə desəm, ölkənin inkişafı sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. Dünən cənab prezident tərəfindən növbəti qərarlar qəbul edilib. Birincisi sahibkarlıq subyektlərində yoxlamalarla bağlı qanun qəbul edilib. Cənab prezident qanunvericilik təşəbbüsü göstərərək, bu barədə Milli Məclisə qanun lahiyəsi təqdim etdi. Bu gün isə artıq Milli Məclisdə qanun qəbul edildi”.

Nazir deyir ki, sənədin mahiyyəti sahibkarlıq subyektlərində bu ilin noyabr ayının 1-dən aparılan yoxlamaların dayandırılmasıdır. “Yəni ölkə başçısı tərəfindən noyabrın 1-dən sonra 2 il müddətində sahibkarlıq subkeytlırində yoxlamalar dayandırılacaq. İkincisi isə xüsusi lisenziya verilən sahəyə dair prezident tərəfidnən müvafiq fərman imzalanıb. Bu fərmana uyğun olaraq, bütün xüsusi lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə veriləcək. Eyni zamanda, cənab prezident tərəfindən göstəriş verilib ki, 1 ay ərzində lisenziyanın verlməsi qaydası sadələşdirilisin. Bu sahədə həm də lisenziyaların sayı kəskin azalacaq.

İqtisadiyyat və Sənaye Nazirliyində “qaynar xətt” yaradılıb. Mən bir daha bütün sahibkarlara müraciət edirəm ki, qanunsuz yoxlamalarla bağlı nazirliyin “qaynar xətt”inə müraciət etsinlər”.

Şahin Mustafayevin sözlərinə görə, Azərbaycan prezidenti tərəfindən verilən göstərişlərin hələ hamısı yerinə yetirilməyib. “Mən ixracın təşviqilə bağlı sənədləri misal gətirə bilərəm. Bu istiqamətlərdə işlər gedir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.