Vüsalə Mahirqızı: "Prezidentin əsas mesajı bu idi: Prezident ictimai rəyi duyur, cəmiyyəti birbaşa narahat edən məsələlərlə özü məşğul olur..."

6-02-2019, 18:33           
Vüsalə Mahirqızı: "Prezidentin əsas mesajı bu idi: Prezident ictimai rəyi duyur, cəmiyyəti birbaşa narahat edən məsələlərlə özü məşğul olur..."
Teref.az yazır ki, haqlı olaraq içtimaiyyətdə böyük ajiotaj və narazılıq doğuran Baş Nazirin meşələrdən meyvə və dərman bitkilərinin yığılmasına qoyulan cərimələrlə bağlı prezident İlham Əliyevin operativ reaksiyası cavabsız qalmadı. Jurnalist V.Mahirqızı prezidentin islahat yönümlü addımlarının cəmiyyətdə böyük dəstək gördüyünü vurğulayaraq öz profilində yazır:
Prezident İlham Əliyev Nazirlər Kabinetinin meşə cərimələri ilə bağlı qərarını ləğv etdi. Bundan sonra Nazirlər Kabineti də, Milli Məclis də qərarlar, qanunlar qəbul edəndə bir az da çox düşünər. Məncə, artıq anladılar ki, Prezident ictimai rəydə narahatlıq doğuran, qəbul olunmayan məsələlərlə razılaşmır. Həm şəhid ailələri ilə bağlı məsələ, həm Mehman Hüseynovun müraciətinə olan müsbət münasibəti, bu gün də dünəndən ictimai rəyin əsas müzakirə mövzusu olan cərimələr məsələsinə münasibətdə Prezidentin əsas mesajı bu idi: Prezident ictimai rəyi duyur, cəmiyyəti birbaşa narahat edən məsələlərlə özü məşğul olur, ən başlıcası, ictimai rəyə inanır!

Xeyli vaxtdır müşahidə elədiyim bu prosesdə diqqətimi həm də bu çəkdi: aparılan antikampaniyalara qarşı hakimiyyət strukturları tərəfindən zəif piar addımları atılır. Buna baxmayaraq, ictimai rəydə ölkə başçısının böyük və müqayisə olunmaz reytinqi var. Həm Prezidentdən, həm də Birinci Vitse Prezidentdən gözləntilər çox, çox, çoxdur. Prezidentin islahatları dərinləşdirməyi müsbət addım olacaq, ictimai rəy onu dəstəkləyəcək. İctimai rəy şəhid atasına jest edən, şəhid anasının yanında olan, məhbusun problemi ilə maraqlanan, kəndlinin dolanışığını düşünən, düzgün işləməyən məmuru cəzalandıran, ictimai rəyə inan İlham Əliyev obrazını sevir və dəstəkləyir.

Ona görə də "biz söyək onlar söysün" ritorikasından, "sosial şəbəkədəkilər avaralardı" kimi açıqlamalardansa, elə Prezidentin elədiklərini, addımlarını doğru, düzgün şərh edin, bu yetər. Prezident addımları ilə Xalqını da qoruyur, hakimiyyəti də möhkəmləndirir. Siz bircə mane olmayın...

Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.