Görkəmli alim Firidun Cəlilov qazi baş redaktorun müdafiəsinə qalxdı:"Belə bir biabırçı məhkəmə şousu kimlərə lazımdır?"

8-02-2019, 08:12           
Görkəmli alim Firidun Cəlilov qazi baş redaktorun müdafiəsinə qalxdı:"Belə bir biabırçı məhkəmə şousu kimlərə lazımdır?"
Bugün eşitdim ki, Nurəddin Xocanın idarə etdiyi Teref.info saytında bir məmurla ilgili verdiyi yazıya görə onu istintağa çağırıb məhkəməyə veriblər. Ölkəyə, dövlət büdcəsinə küllü miqdarda ziyan vuran bir məmur haqqında olan bu yazını saytdan tapıb oxudum, dövlətçiliyi qoruma ruhunda yazılmız yorumlardır. Əslində, yazının qaynağı, oradakı məlumat Musavat.com və Reportyer.info-dur saytlarıdır və Nurəddin bəyin yazısında istinad olunan bu qaynaqların adı da göstərilib. Mən bir şeyi başa düşmürəm, 2 gün işıqsız qalan bütün ölkəni sarsıdan, dövlət büdcəsiniə böyük ziyan vuran Az.Enerjidə baş verən olayın səbəbkarı haqqında yazıya görə, jurnalisti niyə istintaqa çağırırlar,məhkəməyə verirlər? Axı qanunlar var, hüquq var!
Bu kimin sifarişidir və nəyə lazımdır? Axı bu gün hər bir jurnalistin məhkəməsi beynəlxalq təşkilatların diqqət mərkəzindədir.
Belə bir biabırçı məhkəmə şousu kimlərə lazımdır?
Professor Firidun Cəlilov.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.