Sabah Səməd bəy Mehmandarovun vəfat etdiyi gündür

11-02-2019, 21:58           
Sabah Səməd bəy Mehmandarovun vəfat etdiyi gündür
Səməd bəy Mehmandarov: «Torpağımı və xalqımı fəth edən ikiüzlü bir ölkənin ordeni mənə gərək deyil! Qəhrəman əsgərlər! Siz qanınızla gənc Azərbaycan Ordusunun namusunu mühafizə etdiniz…»
Sabah artilleriya Allahı Azərbaycanın böyük oğlu, ilk Hərb generalı -Müdafiə nazirimiz ,40 minlik ordunun əli süpürgəli generalı –işğalçılıq və ikiüzlü siyasətinə görə ingilis və rus medallarından imtina edən ,lakin bizim onun vətənpərvərliyi və şücaətindən doğu qəbrinə belə sahib çıxa bilmədiyimiz Səməd Bəy Mehmandarovun vəfat etdiyi gündür ...
100 manat, süpürgə və sahibsiz qəbir…1928-ci ildə səhhətinə görə istefaya çıxan general Səməd bəy Mehmandarova dövlət 100 manat pensiya kəsmişdi. Generalının həyat yoldaşı Yelizaveta Nikolayevna və yeganə oğlu Pir o zaman sürgünə göndərilir, qocalmış və əldən düşmüş Mehmandarov isə Bakıda qalır. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olur. Şahidlərin dediyinə görə, Sovet hökuməti onu Müsavat hökumətinin hərbi naziri işlədiyi binanın — sonralar Azneft kimi tanınan o tikilinin ətrafını süpürməyə məcbur edirmiş. Hamıya görk olsun deyə…
1931-ci ildə Bakıda vəfat edən Səməd bəy Çəmbərəkənd qəbirstanlığında (indiki Şəhidlər Xiyabanında) dəfn edilir. 1939-cu ildə bolşevik Kirova heykəl qoyulanda həmin qəbirstanlıq dağıdılır və yerində istirahət parkı salınır. İmkanı olanlar əzizlərinin qəbrini bu ərazidən başqa yerə köçürür. Azərbaycanın dünya şöhrətli generalının qəbrinə isə sahib çıxan tapılmır…
Allah Rəhmət Eləsin ...
Baba Allahnezerov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.