Eldar Mahmudovun daha bir yaxın adamı hədəfdə

23-10-2015, 10:44           
Eldar Mahmudovun daha bir yaxın adamı hədəfdə
Bir il əvvə avtomobil qəzasında bir nəfərin ölümünə səbəb olmuş Nəsiminin icra başçısının müavini Yavər Allahverdiyev İlqar Mahmudovun qudası imiş

Sabiq MTN şefi Eldar Mahmudovun vəzifə başında olan daha bir qohumunun kimliyi məlum olub. JAM.AZ-a verilən məlumata görə, həmin şəxs bir xeyli müddət icra başçısı Asif Əsgərovun Səbayeldə, hazırda isə Nəsimi rayonunda müavini işləyən Yavər Allahverdiyevdir.

Mənbənin iddiasına görə, Yavər Allahverdiyev keçmiş nazirin əmisi oğlu, faktiki olaraq Səbayel polisinin rəisi işləyən İlqar Mahmudovun qudasıdır. Bildirilir ki, hətta Allahverdiyevin müavin postuna sahiblənməsində də Eldar Mahmudovun xüsusi rolu olub. Belə ki, Mahmudov əmisi oğlu ilə quda olan Yavəri işsiz qoymayaraq belə mühüm postlara gətirib.

JAM.AZ-ın araşdırmalarına görə, Yavər Allahverdiyev heç də Kristal şəxs deyil və adı bir il bundan öncə mətbuatın dilinə düşüb. Belə ki, Eldar Mahmudovun xahişi ilə vəzifə başına keçən sözegdən şəxs ötən ilin mayında Səbayel rayonu ərazisində ağır avtomobil qəzası keçirmişdi. Həmin vaxt 10 AS 509 nömrə nişanlı “Hyundai Grandeur” markalı avtomobillə törədilən qəza nəticəsində isə bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət almışdı. Qeyd edilir ki, o zamanlar Səbayeldə icra başçısının müavininin dadına polis rəisi işləyən qudası gəlir. Və İlqar Mahmudov işi tamamilə bağlayır və günahkar olaraq Allahverdiyevin sürücüsünü görərək, həbs edir. Məsələ də bununla bağlanır.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru