Baş nazirdən yeni qərar

15-02-2019, 09:47           
Baş nazirdən yeni qərar
Nazirlər Kabinetinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edib.

Axar.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər siyahıda müəyyən edilmiş dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə işgüzar münasibətlərə və əməliyyatlara, o cümlədən ilkin çıxış və ya təyinat məntəqəsinin həmin dövlətin (ərazinin) olduğu pul vəsaitlərinin istənilən şəxs tərəfindən qəbul olunması və köçürülməsi ilə bağlı əməliyyatlara xüsusi diqqət yetirməli, bu cür əməliyyatların açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmadıqda onların təyinatını və mahiyyətini aydınlaşdırmalı və bununla əlaqədar yazılı təhlil hesabatı tərtib etməlidirlər.

Tələb olunduğu təqdirdə, hesabat qanunla müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına, auditora, cinayət təqibini həyata keçirən orqanlara və ya nəzarət orqanlarına təqdim edilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru