“İmamzadə”də Mehriban Əliyevanın adından ehsan verildi - FOTOLAR

17-02-2019, 11:50           
“İmamzadə”də Mehriban Əliyevanın adından ehsan verildi - FOTOLAR
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verilib.

Publika.az xəbər verir ki, kompleksin mərasim zalında 1000 nəfər üçün ehsan süfrəsi açılıb. Ehsan süfrəsində Gəncə və ətraf rayonlarda yaşayan din xadimləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkünlər və aztəminatlı ailələrin üzvləri bir araya gəliblər.

Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ruhlarına dualar oxunub.
Ehsandan mərasimdə iştirak edə bilməyən aztəminatlı ailələrə, Uşaq Evinin sakinlərinə pay göndərilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru