Azərbaycandan xaricə BÖYÜK VALYUTA AXINI... - RƏQƏMLƏR

18-02-2019, 12:26           
Azərbaycandan xaricə BÖYÜK VALYUTA AXINI... - RƏQƏMLƏR
2019-cu ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2 milyard 302 milyon 364 min ABŞ dolları təşkil edib.

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 1 milyard 22 milyon 719 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 1 milyard 279 milyon 645 min ABŞ dolları ticarət reallaşıb.

İDXAL İXRACDAN DAHA ÇOX ARTIB

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1 milyard 727 milyon 332 ABŞ dolları, o cümlədən idxal 688 milyon 625 min ABŞ dolları, ixrac 1 milyard 38 milyon 707 min ABŞ dolları təşkil etmişdi. Beləliklə, ötən ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında idxal 334 milyon dollar və ya 48,5%, ixrac isə 241 milyon dollar və ya 23,2% artıb. Göründüyü kimi idxalın artması ixracın artmasını üstələyib.

2019-cu ilin Yanvarında saldo 256 milyon 925 min dollar təşkil edib. 2018-ci ilin yanvarında saldo 350 milyon 81 min dollar olmuşdu (saldo 26,6% azalıb).

Qeyd edək ki, 2018-ci ilin ötən bir çox aylarında da Azərbaycanın aylıq ixracı 1 milyar dollardan yüksək olmuşdu.

İxracın artım sürətinin aşağı düşməsi neftin ucuzlaşması ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru