Hakim partiya İqbal Məmmədovla bağlı problem yaşayır... - Lerik ziyalıları: "Bizə belə deputat lazım deyil"

23-10-2015, 14:58           
Hakim partiya İqbal Məmmədovla bağlı problem yaşayır... - Lerik ziyalıları: "Bizə belə deputat lazım deyil"
78 saylı Lerik Seçki Dairəsindən namizəd İqbal Məmmədovla bağlı DİA.AZ-a maraqlı informasiya daxil olub.

Rayondakı mənbələr iddia edir ki, Lerik ziyalıları İqbal Məmmədovun təkrarən YAP-ın siyahısından verilməsini heç də sakit qarşılamayıblar.

Mənbənin dia.az-a söylədikləri: "İqbal Məmmədova qarşı konkret cəbhələşmə var ki, bu qüvvəni təşkil edənlər Lerikin sayılıb-seçilən adamlarıdır. Onlar dəfələrlə hakim partiyaya İqbal Məmmədovla bağlı etirazlarını çatdırıblar.

Hələ də gec deyil və leriklilər inanır ki, YAP İqbal Məmmədov versiyasından imtina edəcək".

Rayondan əldə etdiyimiz məlumata görə, müəllimlər, həkimlər və mədəniyyət işçilər deputatın yenidən seçilməsinə etiraz edirlər. Onlar İqbal Məmmədovun indiyədək rayon üçün heç bir iş görmədiyini, ancaq öz biznes maraqlarını güddüyünü iddia edirlər: "Biz açıq deyirik ki, İqbal Məmmədova səs verməyəcəyik. İcra nümayəndələri və bələdiyyələrə tapşrıblar ki, etiraz edənlərin adını yazsınlar”.

Şingədulan kənd sakinləri bildiriblər ki, deputat seçildiyi ötən 5 ildə bircə dəfə də onların yanına gəlib problemləri ilə maraqlanmayıb: "Onun günü "9 qardaş” İstrahət Mərkəzində və özünün olduğu "RELAX” İstirahət Mərkəzində keçir. Bizə belə deputat lazım deyil. Biz açıq etiraz edəcəyik”.

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.