Namizədlər bir-birini təhqir etdi - Seçki davası
23-10-2015, 15:21
Tanınmış vəkil, deputatlığa Adəm Məmmədov rəqibi, Milli Məclisin deputatı Astan Şahverdiyevin ünvanına aşağılayıcı ifadələr işlədib.
AzNews.az xəbər verir ki, o, bu barədə vəkil özünün “Facebook” hesabında yazıb. Vəkil Azərbaycan dövləti adından qərar verən vətən uğrunda şəhid olmuş məhkəmə sədri Məhərrəm Məmmədovun oğlu olduğunu vurğulayıb və rəqibin atasını təhqir edib. Namizəd rəqibini təhqir etməyə məcbur olduğunu qeyd edib: “Seçki kampaniyamda belə məsələlərdən danışmaq istəməzdim. Lakin, 10 ildir Milli Məclisdə susan Astan Nuşrəvan oğlunun birdən-birə vətənpərvərlikdən, təhsildən, əsil-nəcabətdən danışması ona bu cavabı yazmaq, kimliyini xatırlatmaq məcburiyyətindəyəm”.
Yeni Azərbaycan Partiyasının namizədi, millət vəkili Astan Şahverdiyev isə A.Məmmədovun təhqirlərinə cavab vermək istəməyib: “O tərbiyəsiz adamdır, ona görə də mən bu barədə heç nə deməyəcəyəm. Nə istəyirsə danışsın, yazsın. O, bilir ki, uduzacaq. Ailəmi təhqir edib. Amma mən onun səviyyəsinə enməyəcəyəm. O, “çirkli” piarla məşğuldur”.
Vəkil Adəm Məmmədovun belə əndazəni aşan təhqiramiz ifadələr işlətməsinin, rəqibinə qarşı bu qədər aqressiv olmasının səbəbini öyrənmək üçün AzNews.az-ın əməkdaşı onunla əlaqə saxlayıb. Deputatlığa namizəd bildirib ki, buna səbəb Astan Şahverdiyevin mətbuat səhifələrində onu təhqir etməsidir. Bildirib ki, A.Şahverdiyev onun qohum-əqrəbası ilə bağlı xoşagəlməz ifadələr işlədib.
Xatırladaq ki, Adəm Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədir. Həmin dairədən Yeni Azərbaycan Partiyasının namizədi isə hazırki deputat Astan Şehverdiyevdir.