Mobil internet trafikinin həcmi 1 zettabayta çatacaq

24-02-2019, 09:44           
Mobil internet trafikinin həcmi 1 zettabayta çatacaq
“Cisco” şirkəti 2022-ci ilədək dünya mobil internet trafikinin illik həcminin 1 zettabayta (270 bayt) çataraq qlobal IP trafikinin təxminən 20 faizini təşkil edəcəyini proqnozlaşdırır. Bu, 930 eksabayta bərabərdir və 2012-ci ildə generasiya edilən bütün trafikdən 113 dəfə çoxdur.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, bununla yanaşı, 5 il ərzində dünyada mobil qurğu istifadəçilərinin sayının 5,5 milyard təşkil edəcəyi gözlənilir. 2017-ci ildə bu göstərici 5 milyard olub.

Bildirilir ki, smartfonlardan istifadənin çoxalması ilə yanaşı, şirkət “Əşyalar interneti” (IoT) qurğularının populyarlığının davamlı yüksələcəyini və mobil şəbəkələrdə məlumatların ötürülmə sürətinin 3 dəfə artacağını proqnozlaşdırır.

“Cisco” şirkətinin qiymətləndirməsinə görə, 2022-ci ilədək internetə qoşulan “Əşyalar interneti” qurğularının sayı 12 milyardı ötəcək ki, bu da 2017-ci ilin nəticəsindən 3 milyard çoxdur.

Bundan əlavə, 2022-ci ildə “5G” şəbəkəsinin tətbiqi sayəsində qlobal mobil şəbəkənin orta sürəti 2017-ci ildəki 8,7 Mbit/saniyədən 28,5 Mbit/saniyəyədək yüksələcək.

“5G” şəbəkəsinin populyarlığına baxmayaraq “Wi-Fi” yaxın gələcəkdə əksər insanlar üçün əsas internetə qoşulma üsulu olaraq qalacaq. Şirkətin qiymətləndirməsinə görə, 5 il sonra “Wi-Fi” şəbəkəsinin bütün mobil internet trafikində payı 59 faiz təşkil edəcək. 2017-ci ildə bu göstərici 54 faizə bərabər olub.

Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə görə, 2018-ci ilin sonunda dünyada internet istifadəçilərinin sayı 3,9 milyard və ya planet əhalisinin 51,2 faizini təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru