Daxili İşlər Nazirliyinə dinləmə səlahiyyəti verildi

24-10-2015, 11:26           
Daxili İşlər Nazirliyinə dinləmə səlahiyyəti verildi
Bir neçə gün öncə Daxili İşlər Nazirliyinə telefon danışıqlarını gizli dinləmək səlahiyyəti verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu qərarla bağlı qanunvericiliyə də dəyişiklik edilib. Artıq polis əməkdaşları da cinayətdə şübhəli bilinən şəxslərin telefon danışıqlarını izləyə, telefon siqnalları əsasında onların yerini təyin edə biləcək.

Qeyd edək ki, bu qərardan öncə belə əməliyyatları yalnız Milli Təhlükəsizlik Nazirliyi həyata keçirirdi. Daxili İşlər Nazirliyinin əməkdaşları isə bu məlumatları MTN-ə sorğu göndərərək əldə edirdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru