Prezident dünənki fərmanından danışdı - “Analoqu yoxdur...”

1-03-2019, 16:34           
Prezident dünənki fərmanından danışdı - “Analoqu yoxdur...”

"Dünən problemli kreditlərin həlli ilə bağlı imzaladığım fərman 800 min insanı əhatə edir. Deyə bilərəm ki, bu fərmanın dünyada analoqu yoxdur".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bunu oxuyan hər bir vətəndaş görə bilər:

"Bu çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur. Bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru