İlham Əliyev və Nikol Paşinyan yeni görüşə razılaşıblar

2-03-2019, 07:48           
İlham Əliyev və Nikol Paşinyan yeni görüşə razılaşıblar
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin yeni görüş keçirməyə razı olduqlarını bildiriblər.

İqor Popov, Stefan Viskonti və Endrü Şofer 1 mart tarixli bəyanatda bildiriblər ki, fevralın 20-21-də N.Paşinyan və İ.Əliyevlə görüşüblər.

Görüş zamanı liderlər yanvarda Davosda Dünya İqtisadi Forumu çərçivəsində söhbətlər barədə həmsədrlərə məlumat veriblər. Liderlər və həmsədrlər vəziyyəti və gələcək addımlarla bağlı gözləntiləri müzakirə ediblər.

Vasitəçilər təmas xəttində qurbanların olmamasını müsbət qiymətləndiriblər. Onlar həmçinin regionda əhalinin sülhə hazırlanması ilə bağlı diskussiyaları alqışlayıblar.

“Liderlər yaxın vaxtlarda Minsk Qrupu həmsədrlərinin himayəsi altında görüş ilə bağlı vasitəçilərin təklifini qəbul ediblər”, – ATƏT-in saytında yerləşdirilən bəyanatda deyilir.

Qeyd edək ki, İ.Əliyev və N.Paşinyan üç görüş keçiriblər.

Turan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru