Evlənmək istəyənlərin nikah öncəsi psixoloji uyğunluğunun yoxlanılması təklif edilir

11-03-2019, 07:54           
Evlənmək istəyənlərin nikah öncəsi psixoloji uyğunluğunun yoxlanılması təklif edilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi evlənmək istəyən şəxslərin nikah öncəsi tibbi müayinəsi ilə yanaşı, psixoloji uyğunluğunun yoxlanılmasını da təklif edir.

Trend-in məlumatına görə, bu təşəbbüslə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, şəxslər arasında daha çox düzgün seçimin edilməməsi, düşüncə və psixoloji fərqin mövcudluğu boşanma hallarına səbəb olur:

"Buna görə də nikah öncəsi tibbi müayinə ilə yanaşı ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması olduqca vacibdir. Bu istiqamətdə "Ailə psixoloqu" İnstitutunun yaradılmasına, əhalinin bu xidmətdən geniş istifadəsi üçün zəruri tədbirlərin görülməsinə ehiyac var. Bu barədə hazırladığımız "Ailə strategiyası"nda da tədbirlər nəzərdə tutulub. Bu sənədin qəbul edilməsi əhalinin həmin xidmətdən istifadəsi üçün imkanlar yaradacaq".

Qeyd edək ki, Ədliyyə Nazirliyindən Trend-ə bir müddət əvvəl bildirilib ki, Azərbaycanda nikahın pozulmasının əsas səbəbləri ər-arvadın bir-biri ilə xasiyyətlərinin tutmaması, xəyanət, qısqanclıq, maddi çətinlik, mənzilin olmaması, ailədaxili zorakılıq, ailə münasibətlərinin pozulması, uşaqların olmaması, sərxoşluq, narkomaniya, xəstəlik və digər hallarla bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru