Rüstəm Xəlilov seçicilərlə görüşə polislə niyə gəlir?

28-10-2015, 23:07           
Rüstəm Xəlilov seçicilərlə görüşə polislə niyə gəlir?
Rüstəm Xəlilov seçicilərlə görüşə polislə niyə gəlir?Sabirabad camaatı deputatın hərəkətinə görə seçkilərə getməyəcəklərini bildiriblər. 64 saylı Sabirabad Seçki Dairəsindən deputatlığa namizəd Rüstəm Xəlilov camaatla görüşə polisinq müşayəti ilə gedir. Bir neçə gün bundan əvvəl rayon kəndlərindən birində analoji vəziyyətin yaranması isə camaatı təəccübləndirib.

Məlumata görə, polislə kəndə gələn Rüstəm Xəlilova irad bildiriblər ki, o, mühafizəçisiz də camaatla görüşə bilərdi. Üstəlik, onun diqqətinə çatdırıblar ki, Sabirabadda kimsə deputata qarşı hər hansı bir qeyri-etik hərəkət etməz. Həmçinin ona zərar yetirmək fikrində olan da yoxdur.

Deiylənlərə görə, Rüstəm Xəlilov camaatın bu haqlı iradına cavab verə bilməyib. Polislə gəlməsinə də belə əsaslandırmağa çalışıb ki, guya, onları protokol xatirinə özü ilə gətirib. Əslində isə deputatlığa namizədin əhalidən çəkindiyini elə onun yaxın qohumları da təsdiqləyir.

Verilən məlumata görə, Sabirabad camaatı Xəlilovun bu hərəkətindən sonra ona səs verməməyi qərara alıblar. Bəzi kəndlərin əhalisi seçki günü etika xatirinə səsverməyə getməyi planlaşdırsa da, deputatlığa namizədin polislə onların üzərinə gəlməsinə etiraz olaraq səs verməyə qatılmayacaqlarını bildiriblər.(jam.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.