Vidadi Zeynalov haqqında 3 aylıq həbs qərarı verildi

29-10-2015, 15:48           
Vidadi Zeynalov haqqında 3 aylıq həbs qərarı verildi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Aparat rəhbəri Vidadi Zeynalov həbs olunub.

APA-nın məlumatına görə, Səbayel Rayon Məhkəməsinin qərarı ilə V. Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

V. Zeynalovun vəzifəsindən azad olunması barədə də artıq əmr imzalanıb.

Qeyd edək ki, V. Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun fəaliyyəti ilə əlaqəli olduğu bildirilir.

B. Hüseynov da işdən çıxarılaraq, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bir müddət əvvəl V. Zeynalovun saxlanılması barədə məlumatlar yayılıb.

RYTN-də çalışan daha bir neçə yüksək vəzifəli şəxsin saxlanılması barədə də məlumatlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru