Lənkəranda ŞOK seçki saxtakarlığına hazırlıq - Lənkəranda şok seçki hazırlığı VİDEOFAKT

29-10-2015, 21:42           
Lənkəranda ŞOK seçki saxtakarlığına hazırlıq - Lənkəranda şok seçki hazırlığı VİDEOFAKT
Redaksiyamızın poçtuna Lənkəranda seçki saxtakarlığını əks etdirən maraqlı video daxil olub.

Videodan göründüyü kimi, Lənkəran rayon İcra Hakimiyyətinin rəsmisi Əlimərdan Əliyev seçki proseduruna qanunsuz müdaxilə edərək müəllim, həkim və digər dövlət orqanları əməkdaşlarını Lənkəran şəhər Mədəniyyət Mərkəzinə yığaraq onlara öz "seçki ssenari"sini açıqlayır. Müəllim və ziyalı heyətinə kobud davranmaqla yanaşı, onları onbaşı, yüzbaşı, beşminbaşı adlandırır.

Videonu göndərən lənkəran ictimaiyyəti qeyd edir ki, 2015 –ci il 5 – ci çağırış seçkilərində təzyiq altındadırlar:

"Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun seçki ssenarisi qarşısında çıxılmaz vəziyyətdə qalmışıq. Belə ki, hər gün dövlət qurumlarının nümayəndələri ilə görüş keçirən icra başçısı bizi birmənalı olaraq öz biznes ortağı Rüfət Quliyevə səs verməyə məcbur edir".

Qeyd edək ki, məcəllənin 308.2 maddəsi əsasən seçki və referenduma qanunsuz müdaxilə cəhdləri üçün nəzərdə tutulub. Bu maddə vəzifə səlahiyyətlərinin aşılmasının ən ağırlaşdırıcı halı üçün nəzərdə tutulub və seçkilərə qanunsuz müdaxilə ilə bağlı cəzanın təyinini özündə ehtiva edir.

Mia.az videonu da təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru