Rektor-namizədin dəstək siyahısı saxta çıxdı - Professorlar etiraz etdi
29-10-2015, 21:45
Avrasiya Universitetinin rektoru 104 saylı Seçki Dairəsindən deputatlığa namizəd Nazim Hüseynli Gədəbəy və Tovuzdan olan bir qrup ziyalının onun dəstəklədiyi barədə məlumat yayıb. Bzi internet saytlarında yayılmış siyahıda adı keçən şəxlərin bəziləri ilə əlaqə saxladıqda məlum oldu ki, onların ümumiyyətlə bu siyahıdan xəbərləri yoxdur.
Məsələn, filologiya elmləri doktoru, professor Qara Məşədiyev bildirib ki, belə bir müraciətin hazırlanması barədə ona məlumat verməyiblər. "Əgər mənim siyahı haqqında məlumatım yoxdursa, deməli ona da imza atmamışam".
Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun reaskıyası isə sərt oldu:
"Mənim bu siyahıdan qətiyyən xəbərim olmayıb. Kim tərtib edib, niyə tərtib edib məlumatım yoxdur. Namizədə dəstək siyahısı hazırlanırsa, heç olmasa bir zəng edib məlumat versinlər. Mən adımın belə siyahıda olmasını istəmirəm. Adımın ümumiyyətlə bu proseslərdə hallanmasına qəti etiraz edirəm".
Beləliklə məlum olur ki, Nazim Hüseynliyə dəstək siyahısı hansısa kabinetdə ziyalıların xəbəri olmadan yazılıb. Tərtibçilər bir şeyi unudblar ki. ictimaiyyətin qarşısına belə saxta siyahılar çıxarmaqla xal qazanmaq qətiyyən mümkün deyil. İnformasiya kommunikasiyalarının sürətli inkişaf etdiyi dünyada həqiqət daha tez üzə çıxır.