Özəlləşdirilən obyektlərə dair yeni məhdudiyyət müəyyənləşib

16-04-2019, 16:05           
Özəlləşdirilən obyektlərə dair yeni məhdudiyyət müəyyənləşib
Özəlləşdirilən obyektlərə dair yeni məhdudiyyət müəyyənləşib

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Gənclər siyasəti haqqında” qanunda dəyişikliklərdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna görə, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilməyib.
Dəyişikliyə əsasən, bu müddət 2 dəfə artırılıb. Başqa sözlə, təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətində onların funksional təyinatının dəyişdirilməsi və ya başqa məqsədlər üçün istifadə edilməsi qadağandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru